Çərşənbə axşamı , Mart 2 2021
azfa

İran adlanan yerdə sürən ayaqlanmalarla bağlı Güney Azərbaycanın Milli-siyasi qurum-quruluşlarının ortaq bildirişi

Azərbaycan Türk Milləti

Milli Hərəkat Fəalları

İran adlanan yerin çeşidli şəhərlərində ardıardına artan etirazlar, etisablar dayanmadan sürməkdədir. Gündən-günə çökən ölkə ekonomisi ölkənin tam çoxunluğunu oluşduran yoxsul kütlələrin faciəvi durumunu dərinləşdirməkdədir. Bu üzdən polis rejiminin basqılarına baxmayaraq kütlələrin rejimə qarşı ayaqlanmasına səbəb olmuşdur. Sözsüz ki, Azərbaycanda yaşayan Türk millətinin durumu qat-qat ümum ölkə durumundan ağırdır. Totalitar farsçı rejimin Azərbaycanın soy-kökünə, sosial dayaqlarına, ekonomisinə, sənayesinə, ticarətinə və kültürəl alanına vurduğu darbalar sonucunda bölgənin sənət və ekonomi kökləri iflicləşərək doğal qaynaqları da çökmuş durumdadır. İranın başqa bölgələrinə qarşı Azərbaycanın işsizlik alanı qat-qat yüksəkdir. Heyvançılıq, əkinçilik, bağdarlıq sənayəsi hardasa yox olma ərəfəsindədir. Bahalıqla yanaşı işsizlik kimi sosial fəlakətlərin gün keçdikcə aşırılaşması göz önündədir.

Sözsüz ki, Azərbaycan ayağa qalxaraq, əzilən haqlarına qarşı totalitar rejimə gərəkən cəvab verəcəkdir. Lakin, Azərbaycan Milli Hərəkatının bu yöndəki stratejisi bəllidir. Azərbaycanın bütün ekonomik və yaşam sıxıntılarının milli köklü olması apaydındır.

Azərbaycan Türk Millətinin məruz qaldığı bütün zülmlərin kökü farsçı rejimin varlığına dayanır. Fars rejimi deyiləndə islamisilə, pəhləvisilə, panfarsist solu və sağıyla birlikdə anlam bulur. Azərbaycanın yaşam alanında olan bütün çöküntülərin kökündə panfaşist farsçı rejim dayanıbdır.  Azərbaycanın dərdi faşist farsçı sistemilədir. Bu sistem, bu rejim və İran adlanan ölkə ayaqdan düşməyincə fars olmayan millətlərin yaşam haqqı əldə edilməyəcəkdir.

Sevimli Azərbaycan Türk Milləti!

Ayağa qalxaraq yaşam haqqı tələb etmək qədər nəcib və insancıl yol yoxdur. Təbi ki, biz də ayağa qalxaraq insancıl haqlarımızı istəməliyik. Ancaq, unutmamalıyıq ki, zəngin vətənimizin belə yoxsul duruma duşməsinin kökündə isarətimiz dayanmaqdadır. Bundan sonra, hər hansı irançı-farsçı rejim xeyrinə Azərbaycan türkləri duzağa düşməməlidirlər. Bu üzdən aşağıda bir neçə önəmli önəri bilgilərə sunulur:

–      Azərbaycan türklərinin etiraz mitinqlərinin ana şüarları milli olmalıdır.

–      Şüarların dili türkcə olmalıdır.

–      Yaşamsal, ekonomi, bahalıq və işlə bağlı bütün haqlı istəklərin milli şüarlar içində yerləşməsi doğrudur.

–      Tehran, Kərəc kimi neçə dilli yerlərdə yaşayan türklərin etiraz mitinqlərinin farslardan ayrı olması gərəkir.

–      “Haray-haray mən türkəm!  Təbriz, Bakı, Ankara biz hara farsar hara, Azərbaycan bir olsun mərkəzi Təbriz osun, rədd olsun işğalçılar” və bu kimi ana sloqanlarla davam etdirilməlidir.

–      Bütün mitinqlərin təşkilatçılığı bağımsız “Azərbaycan Milli Hərəkatı” adı altına keçirilməlidir.

–      Fars fitnəçilərinə, rejim məmurlarına, İTTİLAAT təxribatçılarına izin verilməməlidir ki, türklərin özgürlük və istiqlalçı milli davasını rejimin qanadlarına bağlasınlar.

–      Radikal sloqanların fərdlər üstündə deyil, bir başa faşist farsçı rejim üzərində atılması gərəkir.

 

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Güney Azərbaycan İstiqlal Patiyası (GAİP)

Həmçinin yoxlayın

Rejimin həbs etdiyi azərbaycanlı fəal İsrafil Fətullahzadə məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı fəal İsrafil …

GADTB TV-nin “Gündəm” proqramında “29 Bəhmən ayaqlanması” və “Beynəlxalq Ana Dili Günü” məsələlərinin müzakirəsi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, GADTB TV-nin “Gündəm” proqramında GADTB başqan müavini sayın …

Bir cavab yazın