GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin dövlət televiziyası ilə yanaşı bəzi saytlarının işğalçı Ermənistana açıq dəstək sərgiləməsi bəzi Quzey Azərbaycan saytlarında da əks etdirilib
Azərbaycan saytları bu barədə xüsusilə İranın “Tabnak” saytının dərc etdiyi materialı əks etdiriblər. Tabnak Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin etnik kimliyini saxtalaşdıraraq aşkar şəkildə işğalçı Ermənistana dəstək nümayiş etdirib.
Saytın yayımladığı məqalədə işğalçının tərəfini tutaraq, Azərbaycan və Türkiyəni Tovuz rayonu ilə sərhədlərdə baş verənlərə görə məsuliyyət daşıyan tərəflər kimi göstərməyə çalışıb.
Mənbə sonda Dağlıq Qarabağın etnik kimiliyini də dəyişməyə cəhd göstərərək yazıb:
“XI əsrin əvvəllərində türkdilli xalqlar Qafqaza köç ediblər. Onlar bundan sonra regionun ermənilər və gürcülər kimi bir çox xalqlarını məhsuldar torpaqlardan çıxarıblar. Bununla da, ermənilərin həmin bölgələrdə sayı əhəmiyyətli dərəcədə azalıb və onlar daha çox dağlıq bölgələrə köçüblər”.
Əlavə edək ki, bu, İran mediası və siyasi dairələrinin Azərbaycana qarşı ilk xəyanətkar mövqeyi deyil. Bundan öncə isə İran Dövlət Televiziyasının aparıcısı da xəbərlər proqramında Dağlıq Qarabağı “erməni torpağı” adlandırmışdı.
Xatırladaq ki, “Tabnak” saytı İran terrorçu Sepahın sabiq komandanı Möhsün Rzayiyə aiddir. O, hazırda İranın Ali Məsləhət Şurası kimi mühüm qurumunun katibi vəzifəsini tutur.