Bazar ertəsi , Oktyabr 7 2024
azfa

İran terrorçuları ilə regionda təhlükəli vəziyyət yaratdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran dövləti koronavirus pandemiyasından istifadə edərək region ölkələrində yetişdirdiyi terrorçuların əmək haqqını rahatlıqla ödəmək məqsədilə beynəlxalq sanksiyaların ortadan qaldırılmasına çalışmaqla yanaşı, həm də İraqda və Yəməndəki terrorçularını ABŞ və Səudiyyəyə hücuma keçəməyə göstəriş verib.

Bu istiqamətdə Səudiyyə Ərəbistanı raket hücumuna məruz qalıb. Həmçinin ABŞ-ın İraqdakı bazaları raket hücumuna məruz qaldı. Bundan sonra ABŞ Kərkükdəki bazasını boşaldıb və hücumlara hazırlıq vəziyyətinə gətirilib.

ABŞ Prezidenti Donald Tramp isə vəziyyətlə bağlı xəbərdarlıq edərək deyib ki, İranın İraqdakı əsgərlərimizə hücum etməyi planlaşdırdığı barədə informasiyalara sahibik.

Ağ Ev rəhbəri bildirib ki, belə bir hücum olacağı təqdirdə adekvat tədbir görüləcək:

“Gələn məlumata görə, İran, yaxud dəstəklədiyi terrorçu qruplaşmalar İraqdakı amerikan əsgərlərinə və ya obyektlərinə hücum etməyi planlaşdırır. Əgər bu baş verərsə, İran bədəlini çox ağır şəkildə ödəyəcək”.

Digər tərəfdən isə ABŞ-ın Kərkükdəki K1 hərbi bazasını boşaltması narahatlıq doğurub. ABŞ-ın bu işinin xarici hücumlara hazırlıq xarakteri daşıdığı bildirilir.

Həmçinin yoxlayın

Molla rejimin ballistik raketlərini gecə ilə daşıması videosu yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin terror təçkilatı olan Sepah bu …

Ermənistan Seysmik Stansiyası İranda mümkün partlayışı qeydə alıb: İranın nüvə sınağı keçirdiyi bildirilir

GADTB: Ermənistanın Seysmaik Stansiyası (yəqin ki, Ermənistanda olan ABŞ mütəxəssisləri) ötən gecə İranda 4,6 bal …

Bir cavab yazın