Çərşənbə , İyul 28 2021
azfa

İranlı yazıçılardan Ukrayna təyyarəsinin qəsdən vurulması ilə bağlı bəyanat

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 180-dan çox yazıçı və ədəbi təşkilat irqçi fars rejimin terrorçu Sepahı tərəfindən xüsusi göstərişlə Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin vurulması barədə bəyanat yayıblar.

Onlar bəyanatda təyyarənin vurulmasına göstəriş verən, eləcə də əmri icra edən hər kəsin cəzalandırılması tələb ediblər.

 Bəyanatı imzalayan yazıçılar həmçinin rejimin hadisədən sonra qəsdən xalqı aldatmasını və yalan məlumatlar yaymaqla, təyyarənin vurulmasını gizlətməyə çalışmasını tənqid ediblər.

Bəyanatın bir hissəsində deyilir: “Bu kimi addımlarla yaxınlarını itirdiklərinə görə qəm-qüssə içində boğulan ailələrin aidiyyatı orqanların məsuliyyətsizliyi, yarıtmazlığı və səmərəsizliyindən də qəzəblənmələrinə şərait yaratmağı doğru hesab etmirik”.

Yazıçılar sonda təyyarənin vurulmasına göstəriş verənlərin və əmrə tabe olan günahkarların hər birinin şəffaf keçiriləcək məhkəmə prosesində öz cəzalarını alacaqlarına ümidvar olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Sepah terror təşkilatı İraqda ABŞ bazalarına razılaşdırımış şəkildə raket atdığı vaxtda yanvarın 8-də raketlə Ukraynaya məxsus Boeing 752 təyyarəsini vurub. Bir neçə gün təyyarənin rejimin özü tərəfindən vurulduğu danılsa da, fakt qarşısında rejim təyyarəni səhvən vurduğunu bildirib. Lakin artıq inkar edilməz faktlar tapılıb ki, Xamneinin xüsusi göstərişi ilə təyyarə vurulub. Belə ki, təyyarədə olan Xomeyninin nəvəsi və daha 3 nəfər təyyarə göyə qalxmadan öncə yerə yendirilmiş və təyyarə qalxdıqdan az sonra vurulmuşdur. Təyyarəyə atılan ilk raket təyyarəyə təyməmiş və ikinci dəfə raketlə təyyarə vurulmuşdur. Bu isə sübut edir ki, hər hansı bir səhv qeyri-mümkündür. Həmçinin təyyarədə Qasım Süleymaninin cangüdəni və digər sepah rəsmiləri olub. Rejim isə onları qəsdən öldürməklə Qasım Süleymani ilə bağlı bir çox cinayətlərin üstünün açılmasına mane olub. Bu arada isə günahsız uşaqlar, tələbələr və ailələr Xamneyinin daha bir cinayətinin qurbanı olmuşdur.

Həmçinin yoxlayın

Tehranda azərbaycanlı fəallar Babək Rzai və Saleh İkrami həbs olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT məmurları Tehranda azərbaycanlı fəallar …

Ortaq Türk ordusunun yaradılması üçün danışıqlar aparılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu …

Bir cavab yazın