İrqçi fars rejim azərbaycanlı fəal Yusif Karini 2 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi azərbaycanlı milli-mədəni fəal Yusif Karini 2 il həbsə məhkum etdi.

Bu barədə məhkəmə qərarı fevralın 23-də azərbaycanlı fəala elan olunub.

Bundan öncə rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi hazırda rejimin Ərdəbildə yerləşən zindanında saxlanılan fəalı “GAMAC-a  üzv olmaq” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edərək, sıra ilə 5 və 1 il (6 il) həbs cəzasına məhkum etmişdir.

İrqçi fars rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi fəala “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib və ikinci ittihamda isə dəyişiklik edərək, fəalı “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə Abbas Lisaninin rəbərlik etdiyi sözdə qövm və mədəniyyətlə bağlı qrupun iclaslarına davamlı olaraq qatılmaqla həmin qrupa üzv olmaq” ittihamına görə 2 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, rejimin Apellyasiya məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani azadlığa buraxılarkən onun görüşünə getmək və Novruz bayramı münasibəti ilə fəalın evinə novruz görüşünə getməyi qrupa üzv olmaq kimi qiymətləndirib. Bundan əlavə “Qövm və mədəniyyətlə bağlı qrup” da yoxdur. Bir sözlə çıxarılan qərar tamamilə absurd və qeyri-məntiqidir.

Yusif Kari ötən sentyabr ayında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın