Bazar ertəsi , İyul 27 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəalları ETTELAAT təcridxanasından Təbrizdə zindana köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim dünən fevral ayının 6-da 3 ay saxlandıqdan sonra azərbaycanlı fəallar Əyyub Şiri, Davud Şiri, Babək Hüseyni Müqəddəm və Nasir Xülusini ETTELAAT təcridxanasından Təbrizdə zindana köçürülüb

Qeyd edək ki, irqçi fars rejimin qüvvələri heç bir günahı olmayan azərbaycanlı fəallar Əyyub Şiri, Davud Şiri, Babək Hüseyni Müqəddəm və Nasir Xülusini 2019-cu ilin noyabr ayında keçirilən kütləvi etirazlar zamanı yaxalamışdı. Azərbaycanlı fəallar rejimin ETTELAAT İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra fevralın 6-da rejimin Təbrizdə yerləşən mərkəzi zindanının 7-ci bölməsinə köçürülüb.

İrqçi fars rejimin həmin dövrdə 30-dan çox azərbaycanlı fəalı yaxaladığı və onları əksərinin hələ də həbsdə saxlandığı bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın