Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İrqçi fars rejim Cəfər İsmayılzadə və oğlunu məzuniyyətdən sontra zindana saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irçi fars rejim Cəfər İsmayılzadəni şənbə günü avqust ayının 15-də məzuniyyət müddəti bitdikdən sonra zindana salmışdı.

Milad İsmayılzadə isə ETTELAAT İdarəsinə çağrılıb və dindirildikdən sonra nəhayət bu gün o da zindanın karantın bölməsinə salınıb.

Qeyd edək ki, iyunun 6-da azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və oğlu Milad 6 aylıq həbs cəzasını çəkmək üçün zindana salınmışdılar.

Ata və oğul İsmayılzadələr 2019 may ayının 29-da rejimin terrorçu Sepahının təhlükəsizlik qurumu tərəfindən yaxalanıb, 5 gün sorğu-sual edildikdən sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında zaminə buraxılmışdılar.

Azərbaycanlı fəallar şərlənərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən keçən ilin avqust ayında 6 ay həbsə məhkum edilmişlər. İsmayılzadələrin şikayətinə baxan Şərqi Azərbaycan vilayətində yerləşən Apellyasiya məhkəməsi də daha sonra hökmün qüvvədə saxlanılmasına dair qərar çıxardı.

Azərbaycanlı fəallar “bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşlar.

Cəfər İsmailzadə Kikboksinq Federasiyasının rəsmi hakim və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq medalları qazanmışdır.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın