Çərşənbə , Avqust 12 2026
azfa

İrqçi fars rejim həbs etdiyi azərbaycanlı fəal Yunis Quluzadəni 12-ci bölməyə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim üç ay həbsə məhkum edilən azərbaycanlı milli-mədəni fəal Yunis Quluzadə Təbrizdə yerləşən zindanın 12-ci bölməsinə köçürüb.

Azərbaycanlı fəal ailəsi ilə qısa telefon əlaqəsində Təbriz zindanının karantin bölməsindən 12-ci bölməyə köçürülüb. Qeyd edək ki, həmin maliyyə cinayətləri ilə bağlı məhbusların saxlandığı bölmədir.

zindanlarda koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq irqçi fars rejim azərbaycanlı fəal Quluzadəni iyunun 1-də zindana salıb.

Qeyd edək ki, Yunis Quluzadə şərlənərək rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “Milli təhlükəsizliyi pozmaq” və “Sistem əleyhinə təbliğat aparmaq” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilmişdir.

Fəal Təbrizdəki Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbsə məhkum edilib.

Fəal 2019-ci il aprelin 24-də Təbrizdə rejimin ETTELAAT qüvvələri tərəfindən yaxalanmışdır. O bir gün sonra 50 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın