Cümə axşamı , Mart 28 2024
azfa

İrqçi fars rejim Xalxalda vəzifədə olan Azərbaycan türklərini etnik tatlarla dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Xalxal bölgəsinin etnik tərkibini dəyişmək məqsədilə vəzifədə olan Azərbaycan türklərini etnik tatlarla dəyişir.

Yerli əhali və azərbaycanlı milli-mədəni fəallar Xalxal şəhərinin etnik tərkibinin bu qərəzli və qanunsuz üsulla dəyişdirilməsindən narahatlıqlarının bildirirlər. Onların dediyinə görə, İran rejimi türk şəhərinin idarəçiliyi və dövlət qurumlarına qeyri-türk məmurları təyin etməyə başlayıb. Bu isə Azərbaycan şəhərinin həm də geri saxlanılmasına səbəb olur.

Qeyri-türk məmurlardan olan Givi şəhərinin valisi Vəhid Kənani, şəhər qaz idarəsinin rəisi Musa Kərimpurla yanaşı Şahruda da Seyid Həmdulla Nəqibin yerinə qeyri-türk və qgətirilmiş Müseyib Parsapur başçı təyin edilib.

Həmçinin qeyri-türk olan Musa Kərimpurun qardaşı İsa Kərimpur da yerli və türk məmur Peyman Müzəffərinin yerinə Xalxalın mərkəzi bölməsinə icra başçısı təyin edilib. Başqa bir türk olmayan məmur Məhəmməd Şadxatir isə yenicə Əkinçilik İdarəsinə Behbud Əlizadənin yerinə rəisi təyin edilib.

Belə dəyişikliklər o qədər vüsət alıb ki, kiçik kəndlərdə belə bu məkirli təyinatları həyata keçirilməkdədir. Bölgədən İran parlamentinə seçilən millət vəkili Qəni Nəzərinin köməkçisi məəsələ ilə əlaqədar yerli əhalinin nümayəndəsinə bildirib ki, “türk məmurlarımız olmadığı üçün tat və qeyri-türk məmurlar gətirməyə məcbur olmuşuq.”

Azərbaycanlı milli-mədəni fəallar isə bu məqsədli dəyişikliklərdə millət vəkili Qəni Nəzərinin rejimdən göstəriş alaraq böyük rol oynadığını bildirirlər.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın