Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejimin Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Hüseyn Əliməhəmmədiyə verdiyi 3 illik həbsa cəzasını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədiyə çıxardıqları 3 illik həbs cəzasını olduğu kimi təsdiqləyib.

Rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi bundan öncə azərbaycanlı fəalı şərləyərək, “İran İslam rejimin qurucusunu Xomeynini təhqir etmək” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edərək, müvəqqəti saxlandığı müddət hesab olunmaq şərti ilə ona 3 il həbs qərarı çıxarmışdı. Azərbaycanlı fəal birinci ittihama görə 2 il, ikinci ittihama görə 1 il həbsə məhkum edilmişdi.

Rejimin Apelyasiya Məhkəməsi, fəalın haqlı etirazını rədd edərək, İnqilab Məhkəməsinin irəli sürdüyü ittihamları təsdiqləmiş və həbs hökmünü olduğu kimi qüvvədə saxlayıb.

Qeyd edək ki, azərbaycanlı fəal Hüseun Əliməhəmmədi 2018-ci il fevral ayının 27-də təhlükəsizliki qüvvələri tərəfindən yaxalanaraq Təbrizin Mərkəzi Zindanında 5 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Fəal 2014-cü ildə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 3-cü şöbəsi də fəalı şərləmiş və oxşar ittihamlar (“sistemin əleyhinə təbliğat aparmaq” və “rəhbəri təhqir etmək”) irəli sürərək, Hüseyn Əliməhəmmədini 3 il azadlıqdan məhrum etmişdi. Hökm bir müddət sonra rejimin Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib. Həmin məhkəmə başqa bir hökmlə Hüseyn Əliməhəmmədi və digər azərbaycanlı fəal Taha Kirmanini, hər birini 10 il azadlıqdan məhrum edib. Bu hökm sonralar rejimin Apelyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Həmin fəallar 2013-cü il oktyabr ayının 5-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onlar təxminən 6 ay saxlandıqdan sonra mülki vəsiqə qarşılığında rejimin Təbrizdə yerləşən Mərkəzi Zindanından azadlığa buraxılıb.

Hüseyn Əliməhəmmədi 3 illik həbs cəzası təsdiqləndikdən sonra 2015-ci il mart ayının 1-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq həbs cəzasını çəkmək üçün rejimin Təbrizdə yerləşən Mərkəzi Zindanına salınıb.

Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi həmçinin 2013-cü il sentyabr ayının 12-də “Traxtur”la “Mələvan” komandasının görüşündə Fərzad Məhdəvi ilə birlikdə rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanıb. Fəal bir gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın