Çərşənbə , Oktyabr 14 2026
azfa

İrqçi fars rejimin azərbaycanlı fəal Rəhman Qasimiyə qarşı təzyiqləri davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabr ayının11-də 21 Azər ərəfəsində işğalçı fars rejimin məmurları Urmiyada azərbaycanlı milli-mədəni fəal Rəhman Qasiminin iş yerinə gələrək, iş sahibinə təzyiq göstərməklə onu azərbaycanlı fəalı işdən çıxarmağa məcbur ediblər.

Beləliklə, rejim azərbaycanlı milli-mədəni fəalın Rəhman Qasimini işindən çıxartdırıb.

İşğalçı fars rejimin azərbaycanlı milli-mədəni fəallara qarşı bu şəkildə qeyri-əxlaqi və qeyri-insani hərəkətləri zaman-zaman davam edir və bu ilk deyildir.

Bir neçə gün öncə isə rejim tanınmış azərbaycanlı fəal Abbas Lisaninin oğlu Əli Lisaninin də iş yerini bağlamaqla onun gəlir mənbəini əlindən almışdır. Belə ki, rejim azərbaycanlı fəalın qızıl əşyalar təmiri mağazasını bağlayıb.

Həmçinin yoxlayın

Netanyahu: İran İslam Respublikasının radikal və fanatik rejiminin imkanlarını tamamilə məhv etmək üçün onun hakimiyyətini devirməliyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

Bir cavab yazın