Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İşğalçı fars rejim milli fəalın avtomobili və mobil telefonunu müsadirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim dünən Təbrizdə mərhum Əziz Purvəlinin dənf mərasimində çıxışından sonra yaxaladığı azərbaycanlı milli fəal Həbib Sasanianın avtomobil və mobil telefonunu müsadirə etdi.

Rejim bu gün azərbaycanlı fəalı müvəqqəti sərbəst buraxıb. Lakin fəalın avtomobili və mobil telefonunu hələ də verilməyib və rejimin ETTELAAT İdarəsi tərəfindən müsadirə edilib.

Qeyd edək ki, ejimin ETTELAAT İdarəsinin məmurları dünən dəfn mərasimində toqquşma yaradıb və mərasimdə iştirak edən azərbaycanlı fəallar Mehdi Dustdar, İrəc Şirzad, Əli Radməniş və Məhəmməd Əfsəri Xətibi yaxalamışdılar.

Bundan əlavə azərbaycanlı fəal Həbib Sasanian mərasimdən çıxış edəndən sonra rejimin məmurları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın