Bazar , Oktyabr 25 2026
azfa

İşğalçı fars rejim Sulduzda 3 azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim 2019-cu il yanvarın 16-da Sulduzda yerləşən məhkəməsinin 103-cü şöbəsində azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttarini mühakimə etdi.

Qeyd edək ki, rejim azərbaycanlı fəalları 2018-ci il mayın 25-də Sulduzda 2006-ci il Güney Azərbaycanda Milli Qiyamın ildönümü münasibətilə Güney Azərbaycan şəhidlərinin məzarını ziyarət etdikləri üçün yaxalamışdır.

Rejimin yanvarın 9-da fəallara göndərdiyi çağırış vərəqəsində onlardan “qanunsuz yığıncağa qatılmaq və başqalarını aksiyaya dəvət etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittihamı edildiyi yazılmışdır.

Mədəni fəaliyyətinə görə hazırda Təbriz zindanında 7 aylıq həbs cəzasını çəkməkdə olan azərbaycanlı fəal Əmir Səttariyə məhkəmə iclasına qatılmaq icazəsi verilməyib.

Rejimin məhkəməsinin hakimi Bonyadpur fars şovinizminə qarşı mübarizə aparan fəallara qarşı “pantürkizm” böhtanı atıb. Bu isə azərbaycanlı fəalların kəskin etirazı ilə qarşılanıb.

Fəallar özünümüdafiə mətnini türk dilində hazırlayıb, lakin həmin mətn hakim tərəfindən qəbul olunmayıb. Fəallar bu məsələyə görə məhkəmə prosesinə etiraz ediblər. Məhkəmə iclası 2 saat davam edib.

Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlı bildirib ki, məhkəməyə təqdim olunacaq mətn yalnız Azərbaycan türkcəsindədir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın