Çərşənbə , Oktyabr 28 2026
azfa

İstanbulda tarixi zirvə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İstanbulda Suriya ilə bağlı Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli zirvə görüşü başlayıb.

Zirvə görüşünü açan Türkiyə lideri R.T.Ərdoğan bütün dünyanın gözünün hazırda bu toplantıda olduğunu deyib.

Ərdoğan vurğulayıb ki, səmimi və anlayışlı davranmaqla, dünyanın bu gözləntisini doğrultma fürsətimiz var.

“Putinlə bu mövzuda daha öncəki görüşlərimizdə müzakirə apardıq. Makron və Merkellə də yaxın təmasda olmağa, onları proseslə bağlı daim məlumatlandırmağa çalışdıq”, – Ərdoğan bildirib.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın