
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveçdə Yoteburq şəhərində “Azərbaycan Milli Hökumətinin” 74-cü il dönümünün ehtişamlı anma gecəsi keçiriləcək.
Mərasimin keçirilməsi ilə bağlı elanı təqdim edirik:
Şanlı “Azərbaycan Milli Hökumətinin” 74-cü il dönümünün ehtişamlı anma gecəsi!
Yer: İsveç-Yöteburq, AZEVİ salonu
Çağ: 2019-12-14, Saat 18oo-22oo
Aparıcı: Azər Heydərqızı
Törən axışı: Saat 18.oo
a) AMH-nin Milli Marşı
b) AMH ilə bağlı film
c) Açılış sözü: Eldar Qaradağlı
d) Çıxışçılar: Əjdər Təqizadə, Çəngiz Göytürk, Hüseyn Yəhyayi
e) Ara, çay süfrəsi
Saat 19.oo
f) AMH ilə bağlı film
g) Çıxışçılar: Arif Rəhimoğlu, Əmir Mərdani, Teymur Eminbəyli
h) Sorğu, azad çıxışlar
i) Ara, çay süfrəsi
Saat 20.oo
Ustad Hüsey Nəsirli başçılığında bədii müsiqi axşamı
Aparıcı təşkilatlar: İsveç Azərbaycan Federasiyonu (AFİ),
Batı Yötaland Azərbaycan Evi Birliyi (AZEVİ),
Stockholm Azərbaycan Kültür Evi (SAMM).
Tədarükatçı dərnək: Azərbaycan Kurslar Dərnyi (BABEK),
Media Mərkəzi: Rahim Sadiqbəyli başçılığında SAAM TV Stokholm
Giriş: Hərkəs üçün azaddır.