Çərşənbə axşamı , İyul 28 2026
azfa

Koronavirus Traxturun yarışları və məşqlərini təxirə salır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin koronavirusu Güney Azərbaycanda Traxtur komandasının yarışları və məşqlərinin yenə təxirə salınmasına səbəb olur.

Komandasının baş məşqçisi Sakit İlhami komandanın futbolçularının dördündə yoluxma halının olduğunu açıqlayıb.

İlhami mayın 24-də keçirdiyi mətbuat konfransında bildirib ki, Traktur futbol komandasının sağlamlıq və gigiyena qaydalarına əməl etməsinə baxmayaraq, koronavirus laboratoriya testlərinin nəticəsində komandanın 4 futbolçusunda yoluxma halı aşkarlanıb.

O həmçinin deyib ki, bu vəziyyətdə komandanın digər futbolçuları virus təhlükəsindən uzaq durmaq üçün komandanın məşqlərində İştirak etməyəcək.

Traktur komandasının baş məşqçisi digər futbolçularından da korona testi alınacağını bildirib və deyib ki, “komandanın məşqləri bütün futbolçuların test nəticələri açıqlanana qədər təxirə salınır.”

Qeyd edək ki, daha öncə komandanın rəhbərlərində olan Əyyub Zülfəqari futbolçuların testlərinin neqativ olduğunu açıqlamışdı.

Həmçinin yoxlayın

Omandan Hörmüz boğazı ilə bağlı təklif; Nəzarət yalnız İranın əlində olmayacaq

 GADTB: Reuters agentliyi çərşənbə axşamı Fars körfəzi bölgəsindəki məlumatlı mənbəyə istinadən xəbər verib ki, Oman …

ABŞ rəsmiləri Axios-a deyiblər ki, sanksiyalar İslam Respublikasına bombardmandan daha çox zərər vura bilər

GADTB: Axios saytının yüksəkvəzifəli ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası hesab edir …

Bir cavab yazın