Çərşənbə , Avqust 12 2026
azfa

Molla rejimi məcburi hicaba görə Qərbi Azərbaycanda 87 iş yerini möhürlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanda rejimin polis rəisi qondarma “Afaf və Hicab” planının həyata keçirilməsindən bu yana bu əyalətdə 87 iş yerini bağlandığını elan edib.

Qərbi Azərbaycanda rejimin polis komandiri Rəhim Cahanbaxş deyib: “aprel ayından indiyədək sinfi mərkəzlər və mağazalara 1851 səfər edilib, onlardan 1376-sı şifahi xatırlatma edilib və 388 iş yeri sahibindən yazılı öhdəliklər alınıb”.

Həmçinin, Rahim Cahanbaxşın sözlərinə görə, “Qərbi Azərbaycanda avtomobil sürücülərinə 5 min hicab xatırladan sms göndərilib”.

Bundan əvvəl Şərqi Azərbaycan vilayətində polis rəisi 80 iş yerini möhürləndiyini və bu əyalətdə məcburi hicabın yayılması üçün 2 min 11 avtomobilə xəbərdarlıq etdiyini açıqlamışdı.

Həmçinin yoxlayın

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində …