Şənbə , İyul 24 2021
azfa

Molla rejimi Somesəradan millət vəkili seçilmiş azərbaycanlının mandatını təsdiqləmədi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gilan vilayətinin azərbaycanlılar yaşayan bölgələrindən məclisə millət vəkili seçilən və Gilanın əhalisinin 30 faizinin türk olmasına etiraf edən millət vəkili Kazım Dilxoşun mandatı təsdiqlənməyib.

Mayın 31-də keçirilən İran Məclisinin iclasında Diloxşla bərabər Gəçsarandan millət vəkili seçilən Əlirza Tacgərdun və Firidunşəhərdən deputat seçilən Hüseyn Məhəmməd Salehinin mandatları təsdiqlənməyib. Bu millət vəkillərinin mandatının təsdiqlənməməsinin iqtisadi ittihamlar, korrupsiya və məhkəmə tərəfindən barələrində çıxarılan qərarla bağlı olduğu iddia olunur. İran qanunvericiliyinə əsasən, deputat mandatı təsdiqlənməyən şəxsin etiraz etmək haqqı var. Belə halda mandatın ləğvi ilə əlaqədar irəli sürülən ittihamlar müvafiq şöbə və komissiyalarda yenidən araşdırılacaq. Dilxoşun Gilanın əhalisinin 30 faizinin Azərbaycan türkləri olmasına etiraf etməsi də rejimin xoşuna gəlməyən hal kimi dəyərləndirilir.

Qeyd edək ki, Kazım Dilxoş 2018-ci ildə Güney Azərbaycanın Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi planına qarşı etirazlar zamanı Gilan əhalisinin ən azı 30 faizinin Azərbaycan türklərindən ibarət olduğunu bildirmişdi.

Həmçinin yoxlayın

Ermənistan ordusu atəşkəsi pozdu; azərbaycanlı əsgəri şəhid oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin …

İran rejimi azərbaycanlı fəal Əmir Səttarini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı fəal Əmir Səttari …

Bir cavab yazın