Cümə axşamı , Dekabr 11 2025
azfa

Netanyahu: “İran, İsrailə qarşı hücum etmək üçün Əfqanıstan və Pakistandan Suriyaya 80 min şiə döyüşçüsünü gətirib”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu iyunun 14-də daxili təhlükəsizlik məsələləri ilə bağlı Yerusalimdə keçirilən beynəlxalq toplantıda çıxış edərək, deyib ki, İran, İsrailə qarşı hücum etmək üçün Əfqanıstan və Pakistandan Suriyaya 80 min şiə döyüşçüsünü gətirib.

ABŞ-ın və 20 ölkənin daxili təhlükəsizlik məsələləri üzrə nazirlərinin də qatıldığı toplantıda çıxış edən Neyanyahu bildirib ki, İsrail, Suriyada İranın hərbi mövcudluğunu möhkəmləndirməsinin, xarici muzdlularla ölkəsinə qarşı hər hansı bir hücumu təşkil etməsinin qarşısını alacaq: “İran, İsrailə qarşı hərbi hücumlar təşkil etmək və Suriyanın sünni əhalisinin məzhəbini dəyişmək üçün 80 min şiə döyüşçüsünü Əfqanıstan və Pakistandan bu ölkəyə gətirib. İranın bu addımı, bölgədə dini mahiyyəti olan yeni bir savaşın alovlandırılmasının düsturu sayılır. Bu isə milyonlarla insanın bölgədən Avropaya mühacirətinə, bir çox ölkələrdə çoxlu qarşıdurma və terrora gətirib çıxara bilər.

Netanyahu həmçinin deyib ki, biz İranın bu çirkin niyyətini həyata keçirməsinə imkan verməyəcək, onlara qarşı mübarizə aparacağıq. Məhz buna görə də, son vaxtlar Suriyada İrana bağlı bütün şiə qərargahlarını bombardman etmişik. Bununla da biz, həm sizin ölkələrin, həm də dünyanın təhlükəsizliyinə yardım etmişik. Suriya əhalisinin 96 faizinin də sünnilər təşkil edir. İran isə Əfqanıstan və Pakistandan şiələri Suriyaya gətirməklə, bir yandan İsrailə hücum etmək istəyir, digər yandan da yerli sünni əhalinin məzhəbini dəyişərək onlara şiə məzhəbini qəbul etdirməyə çalışır. Bu isə qəbuledilməzdir”.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əta Kərimiyə verilmiş 2 il həbs cəzası Ali Məhkəmə tərəfindən təsdiqləndi

GADTB: Cənubi Azərbaycanda milli hərəkat fəalı olan və Qərbi Azərbaycanın Urmiya şəhərində yaşayan Əta Kərimiyə …

Qərbi Azərbaycan valisindən mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına etiraf

GADTB: Qərbi Azərbaycan qubernatoru Rza Rəhmani əyalət mədən şurasının iclasında mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına …

Bir cavab yazın