Paşinyanın partiyası 51,03% faiz səslə liderdir

GADTB: Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.

İşa adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …