Şənbə , Avqust 15 2026
azfa

Pezeşkiandan etiraf: İslam Respublikası 1979-cu il inqilabından bəri ən ağır dövrünü yaşayır

GADTB: Məsud Pezeşkian sanksiyalar, iqtisadi təzyiqlər və hərbi qarşıdurmalara toxunaraq bildirib ki, İslam Respublikası hazırda 1979-cu il inqilabından bəri ən çətin dövrünü yaşayır.

Məsud Pezeşkian prezidentliyinin ikinci ildönümü münasibətilə İran dövlət televiziyasına verdiyi müsahibədə deyib:

“Mövcud şərait 1979-cu il inqilabından sonrakı dövrün ən ağır mərhələsidir.”

O bildirib ki, sanksiyalar davamlı şəkildə sərtləşdirilib, İranın bank və maliyyə sistemi geniş məhdudiyyətlərlə üzləşib, sonrakı dövrdə isə müharibə və iqtisadi mühasirə mövcud təzyiqləri daha da artırıb.

Pezeşkian vurğulayıb ki, İslam Respublikası hazırda “mümkün olan ən ağır şəraitdə”dir və bu təzyiqlərin əsas məqsədinin ölkəni iflic vəziyyətinə salmaq olduğunu bildirib.

Bu açıqlamalar Tehranın eyni zamanda ABŞ ilə diplomatik təmasları qorumağa çalışdığı bir dövrdə səsləndirilib.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …