Qərb Rusiyadan raket proqramını dayandırmağı tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, NATO üzvü olan 29 ölkənin XİN rəhbərlərinin birgə bəyanatında bildirilib ki, Rusiyanı yenidən Yaxın və Orta Mənzilli raketlərin məhvi anlaşmasına əməl etməyə çağırırıq.

Bəyanatda Rusiyanın yeni raket sistemi ilə bu müqaviləni pozduğu və avroatlantik bölgəyə təhlükə yaratdığı qeyd edilib:

“Bu müqaviləni qorumaq artıq Rusiyanın üzərinə düşür”.

Həmçinin ABŞ Rusiyaya INF anlaşmasının (orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə) şərtlərinin yerinə yetirilməsi üçün 60 gün vaxt verib. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib.

O qeyd edib ki, Rusiya silahların ləğvilə bağlı məsuliyyət məsələsində hiylə işlədir və yeni raketlər Avropanı təhdid edir.

Xatırladaq ki, daha əvvəl “New York Times” qəzeti bildirimişdi ki, ABŞ orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxmağı planlaşdırır və prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu barədə Rusiya tərəfinə Moskvaya səfəri zamanı məlumat verəcək.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.

 

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …

Bir cavab yazın