Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Qaşqay futbolçu kürd terrorizminə dəstək verənlərə kəskin cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya- 90 futbol komandasının qapıçısı Mehdi Xosrəvi İstiqlal komandasının kürd oyunçusunun türd terror qruplaşmalarını himayə etməsinə kəskin cavab verib.

O bu istiqamətdə Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı başlatdığı hərbi əməliyyatı dəstəkləyib.

Urmiya-90 futbol komandasının qapıçısı Mehdi Xosrəvi bununla bağlı öz İnstaqram səhifəsində post paylaşıb.

Qaşqay türklərindən olan futbolçu Tehranın İstiqlal komandasının kürd oyunçusu Voriya Qəfuriyə xitabən yazıb: “Cənab Qəfuri Türkiyə və Ərdoğanın kürdlə problemi olsaydı, o zaman milyonlarla mühacir kürdü öz ölkələrinə buraxmazdılar. Onlara öz ana dilində təhsil hüququ verməzdilər. Türkiyə terrorçularla mübarizə aparır, terrorçunun irqi yoxdur. Qeyrətiniz varsa, bir zərrə də insanlığınız qalıbsa, özünüz başa düşərsiniz.”

Sonda isə səhifəsində Türkiyə bayrağını da yayan Mehdi Xosrəvi türk dilində böyük xətlə yazıb: “Yaşasın türk milləti”

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın