Şənbə , Oktyabr 17 2026
azfa

Rəfsəncaninin qızı atasının ölüm səbəbindən danışdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkənin 4-cü rasist prezidenti olan Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Fatimə Haşimi atasının ölümü ilə bağlı onlara məlumat verilmədiyini deyib. O, dəfələrlə cəhd etməsinə baxmayaraq, atasının ölüm səbəbi haqda dəqiq məlumat ala bilmədiklərini vurğulayıb.

Faizə Haşimi deyib: “İran Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə məsələni yaxından izləyirik, ancaq bizə cavab vermirlər. Ölüm səbəbinin yüksək dozada radioaktiv maddə olmasından başqa heç bir məlumat ala bilməmişik”.

Qeyd edək ki, Rəfsəncani 2017-ci il yanvarın 8-də vəfat edib. Qardaşı Məhəmməd Haşimi keçmiş prezidentin ürəktutmasından vəfat etdiyini bildirmişdi. Rəfsəncaninin qızı Faizə Haşimi isə atasının cəsədində normadan 10 dəfə çox radioaktiv maddə təsbit edildiyini açıqlamışdı.

 

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Bir cavab yazın