Çərşənbə axşamı , İyul 28 2026
azfa

Rejim azərbaycanlı fəal Əyyub Şirini 2 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əyyub Şirini şərləyərək 2 il həbsə məhkum edib.

Azərbaycanlı fəal “Sistemə qarşı təbliğat aparmaq” və “Qanunsuz GAMAC təşkilatına üzv olmaq”da ittihamları ilə iyulun 14-də Təbrizdə İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən mühakimə edilib. Məhkəməyə Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan cəllad hakim Rəhim Həmlbər sədrlik edi.

Qeyd edək ki, Təbriz şəhərinin sakini olan Əyyub Şiri daha öncə Təbrizdəki Cinayət Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “İctimai asayişi pozmaq”da günahlandırılaraq 12 ay həbsə və 74 şallaq zərbəsinə məhkum edilmişdir.

Azərbaycanlı fəal barəsində çıxarılan qərarın icrası bir ill təxirə salınıb. Bununla yanaşı koronavirusun yayılmasına görə, Əyyub Şiri Təbriz prokurorluğunun nəzarəti ilə yoxsul ailələrə və ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə 10 milyon tümən dəyərində dezinfeksiya və qoruyucu vasitələr almağa məhkum edilib.

Əyyub Şiri 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı öz iş yerində rejimin məmurları tərəfindən yaxalanmışdır.

O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın