Şənbə , İyul 18 2026
azfa

Rejimin Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Şahin Bərzəgəri cəriməyə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Şərqi Azərbaycandakı Apelyasiya məhkəməsi “Sistemə qarşı təbliğat aparmaq”da ittiham etdiyi Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri 3 milyon tümən cərimə edib.

Rejimin Şərqi Azərbaycandakı Apelyasiya məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə azərbaycanlı fəalın 12 aylıq həbs cəzası 3 aya endirilib və həmin həbs nağd cərimə ilə dəyişdirilib.

Qeyd edək ki, irqçi fars rejim Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri şərləyərək “Sistemə qarşı təbliğat aparmaq”da günahlandıraraq 12 ay həbsə məhkum etmişdi. Daha əvvəl isə rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 112-ci şöbəsi fəalı “ictimai asayişi pozmaq” ittihamından bəraət vermişdi.

Şahin Bərzgər 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı heç bir günahı olmadan onlarla digər fəalla birlikdə Təbrizdə yaxalanmışdı. Azərbaycanlı milli-mədəni fəal təxminən 100 gün ETTELAAT-ın təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …

Bir cavab yazın