Bazar ertəsi , Oktyabr 26 2026
azfa
Qaynar xəbər

Rejimin həbs etdiyi azərbaycanlı fəal Əli Əzizidən heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əli Əzizidən heç bir məlumat verilmir.

Azərbaycanlı fəalın atası oğlunun vəziyyətindən xəbər tutmaq üçün rejimin məhkəmə orqanlarına müraciət edib. Lakin onlar həbs etdikləri Əli Əzizinin vəiyyətindən heç bir məlumat vermədən ondan xəbərsiz olduqlarını bildiriblər. bu isə ailənin nigaralığına səbəb olub.

Qeyd edək ki, irqçi fars rejimin məhkəməsi Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Əli Əzizi üçün təyin edilən mülki vəsiqə qərarını ağırlaşdırılaraq onu həbs etmişdir.

Azərbaycanlı fəal 2019-cu il iyunun 2-də rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Fəalın yaxınlarının verdiyi məlumata görə, fəala saxta “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittiham irəli sürülüb və onun müvəqqəti zaminə buraxılması üçün təyin edilən mülki vəsiqə qərarı 150 milyon tümən məbləğinə qaldırılıb. Bunun üçün azərbaycanlı fəal həbs edilmişdir.

Həmin fəalla yanaşı məhkəməyə çağırılan Əta Kərimi isə ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəməyə getməkdən imtina edib.

Əli Əzizi və Əta Kərimi mayın 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

Həmçinin yoxlayın

Qaşqayların ənənəvi geyimləri Türkiyədə keçirilən beynəlxalq konfransda Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim olunub

GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış …

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …

Bir cavab yazın