Rejimin həbs etdiyi Höccət Muxtarzadə zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Höccət Muxtarzadə (Araz) Təbrizin Mərkəzi Zindanından zaminə buraxılıb.

Azərbaycanlı fəal 100 milyon tümənlik mülki vəsiqə qarşılığında dekabrın 16-da zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 17-də rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən öz iş yerində yaxalanıb. O iki həftə Təbrizdə Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra noyabrın 30-da bu şəhərin mərkəzi zindanına köçürülmüşdür.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın