Bazar ertəsi , İyul 13 2026
azfa

Rejimin həbs etdiyi Rza Zarei həbs müddətini bitirib azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin şərləyib həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Rza Zarei Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

O 3 aylıq həbs cəzasını çəkdikdən sonra 2019-cu il dekabrın 31-də azadlığa çıxıb.

Rza Zarei daha əvvəl şərlənərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 ay həbsə məhkum edilib. Onun həbs cəzası sonralar apellayasiya məhkəməsi tərəfindən 91 günə endirilib.

İrqçi fars rejim azərbaycanlı fəalı şərləyərək fiziki şəxslərə məxsus mağazaların lövhələrini sındırmaq, sistemin əleyhinə təbliğat aparmaq, təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ölkənin təhlükəsizliyi əleyhinə toplaşmaqda ittiham etmişdi.

Azərbaycanlı fəal oktyabrın 22-də rejimin Təbrizdə Prokurorluğunun Hökmləri İcra edən Bölməsinə müraciət etdikdən sonra həbsxanaya salınmışdır.

Qeyd edək ki, Rza Zarei 2018-ci il oktyabrın 17-də terrorçu Sepahın kəşfiyyat bölməsinin məmurları tərəfindən Təbrizdə yaxalanıb və 17 gün ETTELAAT İdarəsinin təcridxanasında, eləcə də 3 gün Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın