Çərşənbə , İyul 22 2026
azfa

Rejimin yenicə zindana qaytardığı azərbaycanlı siyasi məhbus Səhənd Məali korona virus şübhəsilə məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir neçə gün əvvəl məzuniyyət müddəti bitdikdən sonra zondana qaytarılan türk fəal Səhənd Məali koronavirus şübhəsi ilə sentyabrın 26-da yenidən məzuniyyətə göndərilib.

“siyasi məhbusda COVID-19-a şübhəli simptomlar göründükdən sonra bir aylıq məzuniyyətə buraxılmasına qərar verildiyi bildirilir.

Güney Azərbaycanın Sarab şəhərinin zindanında saxlanılan Məali daha əvvəl 100 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə göndərilmişdi.

2019-cu ildə bir il həbs və pul cəriməsinə məhkum olan Səhənd Məali keçən iyun ayının 30-da nəzarət altına alınaraq Sarab həbsxanasına göndərildi.

Məali həmçinin 2018-ci ilin iyun ayında keçirilən Babək Qalası Qurultayı ilə əlaqədar 10 ay həbs cəzasına məhkum olmuş və həbs müddətini həmin həbsxanada keçirmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı fəallar ustad Yusif Fərzanə ilə görüşüb

GADTB: Azərbaycanlı mədəni və ictimai fəal nəşriyyat və mədəniyyət sahəsinin tanınmış simalarından olan ustad Yusif …

Sayın Mikayil bəy Oytadan beynəlxalq ictimaiyyət və dünya mediasına müraciət

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Bir cavab yazın