Cümə , Yanvar 28 2022
azfa

Şəbistərli işçi hüquqları müdafiəçisi Rza Şahabi zindanda ikinci dəfə insult keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kərəcin Rəcayişəhr zindanında həbsdə olan azərbaycanlı işçi hüquqlarının müdafiəçisi Rza Şahabi həbsxanada ikinci dəfə beynindən insultu keçirib. Fəala bu şəraitdə də xəstəxanada müalicə olunmasına icazə verililməyib.

Şahabinin yaxınlarından olan Səttar Rəhmani BBC-nin müxbirinə bununla bağlı deyib:

“Şahabinin ailə üzvləri onunla son görüşlərində məhbusun ikinci dəfə beyin insultu keçirdiyini, sol tərəfdən ağzının əyildiyini və yeriyərkən axsadığını görüblər. Şahabinin həkimə müayinəsinə ehtiyacı var. Onu zindanda saxlmaq ölüm təhlükəsi ilə üz-üzə qoyur. Bu isə fəhlə sinfi üçün əsl faciədir”.

Məsələyə münasibət bildirən Tehran Avtobus Şirkəti Həmkarlar İttifaqı isə Şahabinin məhkumluq müddətinin bitdiyini, lakin hökumət rəsmilərinin onun sərbəst buraxılmasına mane olduqlarını deyib.

Tehran Avtobus Şirkəti Həmkarlar İttifaqı açıqlamasında deyilir: “Şahabinin sol gözü özündən asılı olmayaraq yumulub, gözündən dayanmadan yaş gəlir. ağzının sol tərəfi əyilib. O yeriyərkən ayağını çəkir. Üzünün sol tərəfi isə şişib və hissiyyatını itirib. Gözünün altı da batıb”.

Qeyd edək ki, Rza Şahabi əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir. Ötən illərdə Tehrana köçən Şəhabi Tehran Avtobus Şirkəti Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü olub. O ötən illərdə müəyyən fəaliyyətlərinə görə, dəfələrlə həbs edilib. 2011-ci ildə məhkəmə tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Fəal bir müddət həbsdən sonra müalicə almaq məqsədi ilə məzuniyyətə buraxılıb, lakin ötən yayda yenidən həbs edilib. Yaxalanarkən Tehran Prokurorluğu onun 17 ay həbs ediləcəyini açıqlamışdır.

Amnesty International sentyabr ayında bəyanat yayaraq Şahabinin sağlamlığının ağır durumda olduğunu bildirib və onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb etmişdir.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ayağında elektron qandal olmaqla gözündən əməliyyat olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tibbi məzuniyyətə buraxılan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi …

Tacikistan qırğızlara qarşı PUA-lardan istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tacikistan Qırğızıstanla sərhəddə kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarından …

Bir cavab yazın