Çərşənbə axşamı , Avqust 25 2026
azfa

“Səni deyirlər” kampaniyasını başladan qız azadlıqdadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2 həftəyə yaxındır ki, Güney və Quzey Azərbaycanda “Səni deyirlər” mahnısını hitə çevirən Haniye adlı qızdan xəbər var.

Onun “Səni deyirlər”i oynadığı videosundan sonra həbs xəbəri yayılsa da, təsdiqini tapmayıb. Məlum olub ki, xanım azadlıqdadır və sosial şəbəkələrdə hər gün fotolarını paylaşır.

Qeyd edək ki, “Səni deyirlər” kampaniyası Urmiya gölünün qurudulmasına etiraz olaraq səslənsə də, həmçinin Güneylə Quzey arasında həmrəylik simvoluna da çevrildi.

Həmçinin yoxlayın

ABŞ SEPAH-ın beş əsas komandiri barədə məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib

GADTB: ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı SEPAH-ın bir sıra əsas komandirləri barədə məlumat …

“Traxtur” komandası “Perspolis”ə qalib gəlib

GADTB: “Traxtur” komandası İran futbol üzrə Premyer Liqasının üçüncü turunun ən prinsipial qarşılaşmasında Təbrizin Səhənd …

Bir cavab yazın