Sağlamlıq durumu pisləşən Əmir Səttari quru aclıq aksiyasına keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdə zindana  saldığı və iyunun 10-dan aclıq aksiyasına başlayan azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin vəziyyəti pisləşib. Fəal aclıq aksiyasının 7-ci günündə döyülərək həbsxananın təkadamlıq kamerasına köçürüldükdən sonra quru aclıq aksiyasına keçib.

Azərbaycanlı fəal dünən iyunun 17-də aclıq aksiyasının 8-ci günündə rejimin zindandakı məmurları tərəfindən yenidən döyülüb və ciddi xəsarət alıb. Ona görə də fəal poliklinikaya köçürülüb.

Məsələdən xəbər tutan fəalın ailəsi Əmir Səttarinin vəziyyəti ilə bağlı prokurorluq və zindana müraciət ediblər. Onlar artıq fəalın quru aclıq aksiyasına keçməsi ilə bağlı xəbəri təsdiq ediblər.

Keçən həftənin əvvəlində aclıq aksiyasına başlayan fəalın sağlıq durumunun ağır olduğu söylənilir. Azərbaycanlı fəala qarşı yeni saxta ittihamla işin açılması və dosyesindəki iradlar, eləcə də müdaxilələrə görə, o aclıq aksiyasına başlayıb. Fəalın 7 aylıq həbs cəzası başa çatsa da, o azadlığa buraxılmır. Rejimin Məhkəməsinin yeni sifarişli hökmünə əsasən, onun 7 aylıq həbs cəzası 5 illik həbs qərarı ilə əvəzlənib.

Azərbaycanlı fəal aclıq aksiyasının 3-cü günündə bir səs faylı yayaraq  rejimin təhlükəsizlik orqanlarının onun dosyesinə müdaxilə etmələrinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirmişdi. O rejimin təhlükəsizlik orqanlarının dosyesinə müdaxiləsini sübut edən sənədlərə malik olduğunu bildirmişdi. Fəal həmin sənədləri yaxın gələcəkdə insan hüquqları müdafiəçiləri, mədəni fəallar və bütün əhalinin diqqətinə çatdıracağını bəyan etmişdi.

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər  sahəsində təhsil alır. O 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün rejimin Təbrizdəki Mərkəzi Zindanına salınıb.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın