Bazar , Sentyabr 24 2023
azfa

Sanksiyalara görə İran adlanan ölkəni tərk edən şirkətlərin sayı artır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran adlanan nüvə müqaviləsindən çıxdıqdan sonra onlarla şirkət və müəssisə İranı tərk edib. Son laraq isə Avstriyanın U.M.V Enerji Şirkəti və “Oberbank”ı İran adlanan ölkəni tərk etdi. Bu şirkət İranda daha heç bir yeni layihə götürməyəcəyini bildirib.  

Həmçinin Avstriyanın “Oberbank”ı  iyun ayının 13-də bəyanat yayaraq İranla əməkdaşlığını dayandırmaq qərarına gəldiyindən xəbər verib.

Bəyanatda bildirilir ki, “Oberbank”ın İranla əməkdaşlığına son qoymasının səbəbi, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar və Tehranla əməkdaşlığın riskli olması ilə bağlıdır: “Bizim bankın çoxlu müştəriləri var və onların İranda iqtisadi fəaliyyətini dəstəkləyirik. Lakin Amerika sanksiyalarından yaranan təhdidlər, bizi İranla əməkdaşlığımıza son qoymağa vadar edir. Bildiririk ki, “Oberbank”, bundan sonra yalnız ötən mayın 8-dən əvvəl imzalanmış maliyyə müqavilələri icra edəcək və noyabrın 4-dən sonra İranla artıq hər hansı bir əməkdaşlığı dayandıracaq”.

Qeyd edək ki, İki il öncə İranla əməkdaşlığa başlamış “Oberbank”, Avstriya şirkətləri də daxil olmaqla, İranda sərmayə yatıran Avropa şirkətlərini kreditlə təmin edirdi.

 

Həmçinin yoxlayın

Təbrizdə ana dili ilə bağlı divarlara şüarlar yazıldı

Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni vaxtda təhsil sisteminin təkdilli olmasına …

Erməni deputat: “30 il ərzində “Arsaxa” ən çox strateji yardım edən İran olub”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcümə və Araşdırma Mərkəzi xəbər verir ki, Ermənistan parlamentinin keçmiş …

Bir cavab yazın