Cümə , Aprel 19 2024
azfa

Şeyx Səfi məqbərəsindən oğurlanmış qızıllar Pəhləvi rejimi Şirazda Hafiziyəyə xərcləyib-Sənəd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Ərdəbildə Şeyx Səfi məqbərəsinin qapısının qızıllarının bir hissəsi oğurlamış və Hafizin məzarına daşımışdır. Bu yeni əldə edilmiş və sosial şəbəkələrdə yayılmış sənəd rejimin Azərbaycanı talaması və sərvətlərini fars bölgələrinə daşımasına dair yeni faktdır.

Hidayətinin dediyinə görə, İranın o zamankı Maarif Naziri Əliəsgər Hikmət bu qızılları fırıldaqçılıqla Hafiziyədə xərcləmişdir.

Sosial şəbəkələrdən əldə etdiyimiz bu xəbəri təqdim edirik:

Maairf və Vəqflər və İncəsənət Nazirliyi

Azərbaycanın Maairf və İncəsənət İdarəsi

Tarix: 1312/2/23 (1933-cü il may 2)

No: 1923/458

Azərbaycanın Şərqi Əyalət Maliyyə İdarəsi

O idarənin bildiyi kimi, keçən il Ərdəbildə Şeyx Səfinin məqbərəsi qapısının qızıllarının bir hissəsi oğurlanmışdır ki, Nəzmiyyə (polis idarəsi) tərəfindən kəşf edilib və protokol əsasında bir qutuya yerləşdirilib möhürlənərək oranın Maliyyə İdarəsinə verildi. Adıçəkilən müvafiq idarədən “qızıllar təkrar əridilib və öz yerinə qaytarılmalıdır” məzmunlu göstəriş gəldiyi üçün belə bir dövlət əmri verildi ki, Ərdəbilinin Maarif idarəsinin nümayəndəsi Maliyyə idarəsindən qızılları alıb, əridib təkrar yerinə quraşdırılması haqqında özünün və etimadlı şəxslərin nəzərini bildirsin ki, lazımi göstəriş verilsin. Bu yaxınlarda indiki nümayəndənin vəzifə yeri dəyişdiyi üçün yeni vəzifə yerinə getmək istəyir. Ona görə, (gedən şəxsin yerinə gələn) nümayəndənin gəlişinə kimi qutunun Maliyyə İdarəsi və Nəzmiyyə və Prokurorluğun nümayəndələri ilə birlikdə Maliyyə İdarəsinə verilməsinə dair göstəriş verildi. Verilən raporta əsasən, oranın Maliyyə İdarəsi qutunun (Maarif idarəi tərəfindən) təkrar alınmasını o idarənin izn verməsinə şərtləndirmişdir. Çünki oranın Maliyyə İdarəsi qutunun saxlanıb qorunması üçün ən yaxşı məkandır. Ona görə xahiş olunur ki, bir telqraf ilə belə göstəriş verilsin ki, “qızıl qutusu Maarif idarəsinin öz nümayəndəsinə adıçəkilən idarələrin müdirlərinin nəzarəti şərtilə təkrar alınmasına dair göstəriş verilsin və yeni nümayəndə gəlincəyə qədər Maliyyə Sandığında qoyulsun ki, həmin nümayəndə gələndən sonra onların əridilib quraşdırmasına dair göstərişi verilsin.

Savad (yazı) Ərdəbilin Maarif və Fəqflər idarəsinin 236 nömrəli məktubunun cavabında Ərdəblə göndərilir.

Azərbaycanın Şərqi Əyalət Maarif və Vəqflər Müdiri

* Bu məktuba əsasən, oğurlanmış qızıllar təkrar Şeyx Səfi məqabərəsinə qaytarılmalı idi, amma görünür, həmin qızılları Rza Pəhləvi rejimi (Hikmət) tərəfindən Şiraz şəhərində Hafizin məzarına xərclənmişdir. Yəni Azərbaycana aid qızllar Şiraza verilmişdir və bu günə kimi də bu qızıllar qaytarılmamışdır.

* Bu sənəd Ərdəbil Tarix Araşdırma Mərkəzindən əldə olunmuşdur. Xəbəri yazan: Hidayəti

Tərcümə: Mirəli Rizai

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın