Şənbə , Oktyabr 17 2026
azfa

Təbrizin İncəsənət Universitetində öyrəncilərin etirazı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin İncəsənət Universitetinin öyrənciləri dekabr ayının 5-də universitetdə ciddi nəzarət və təzyiq atmosferinin olmasına, eləcə də  universitetdə xidmətlərin zəif olmasına etiraz ediblər.

Məlumata görə, universitetin öyrənciləri universitetin həyətində yemək qablarını nümayiş etdirərək, öz etirazlarını bildiriblər.

Universitetdə verilən xidmətin zəif olduğunu söyləyən öyrəncilər ödənişli təhsil sisteminin ləğv olunması və “İş təcrübəsi” adlanan layihənin icrasının dayandırılmasını tələb ediblər. Öyrəncilər həmçinin yataqxananın qeyri-münasib vəziyyətinə də etiraz ediblər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Bir cavab yazın