Bazar ertəsi , İyul 20 2026
azfa

Tehrandan qərbdə yerləşən raket anbarlarında güclü partlayışlar -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu Sepah-ın Tehranın qərbində – Gərmdərə və Qüds məntəqələrində yerləşən raket anbarlarında partlayışlar baş verib. İrqçi fars rejim çaş-baş qalaraq, zidiyyətlər məlumatlar yayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, olaydan sonra Tehranın bir çox məntəqələrində işıqlar sönüb. Qüds və Şəhriyar məntəqələrinin yarımstansiyalarının partladığı iddia olunur.

Bundan başqa, İranın Hərbi Hava Qüvvələrinin təyyarə və PUA-ya qarşı “yer-hava” tipli iki raket atdığı vurğulanıb.

“Nyu York Tayms” partlayış baş verdiyi ərazidə bir neçə hərbi və təlim obyektinin olduğu haqqında məlumat yayıb:

“Orada iki yeraltı obyekt mövcuddur. Bunlardan biri kimyəvi silah tədqiqatları ilə bağlıdır, ikincisi isə hələlik müəyyən edilməmiş hərbi sənaye obyektidir”.

Qeyd edək ki, bu hadisə İranda son zamanlar baş verən sirli partlayışlar silsiləsindən biridir. Belə ki, iyulun 2-də “Nətənz” nüvə stansiyasının bir binası partlamışdı. Daha sonra terrorçu sepahın-ın Parçin hərbi bazasında partlayış olmuşdu.

İsrailin İrandakı hadisələrin arxasında dayandığı güman edilir.

Tehranda yeni partlayışdan video

Publicerat av Ali Huseyn Torsdag 9 juli 2020

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın