Şənbə , İyun 13 2026
azfa

The Guardian: “İranda etirazçılar həyati orqanlarından hədəfə alınıb”

Britaniyanın “The Guardian” qəzeti İranda etirazların yatırılması zamanı təhlükəsizlik qüvvələrinin etirazçıları bədənin həyati əhəmiyyətli nahiylərindən qəsdən hədəfə aldığını açıqlayan araşdırma dərc edib.

Nəşrin məlumatına görə, onlarla tibbi görüntünün təhlili göstərir ki, #etirazçılara qarşı metal mərmilər və yüksək kalibrli güllələrdən istifadə olunub.

Yayımlanan görüntülərdə:
• bir #gəncin boynuna dəyən yüksək kalibrli güllənin traxeyanı sıradan çıxardığı və güclü qanaxmaya səbəb olduğu;
• başqa bir halda güllənin kəllə sümüyünü deşərək beyinə batdığı və ağır beyin zədəsi yaratdığı;
• digər hallarda isə onurğa sütunu və daxili orqanlara yaxın nahiyələrin hədəfə alındığı bildirilir.

Şəkilləri araşdıran ekspertlərdən biri qəzetə açıqlamasında deyib: “Bu cür silahlarla atəş açıldıqda məqsəd öldürməkdir”. Mənbə #yaralılar arasında yeniyetmələr və #uşaqların da olduğunu bildiriblər. (Iranintl)

İran #etirazlar

Həmçinin yoxlayın

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …