Bazar ertəsi , İyul 20 2026
azfa

Trampdan İrana qarşı sərt tənqidi: Memorandum və atəşkəs başa çatdı

GADTB: ABŞ Prezidenti Donald Tramp tir ayının 17-də, ABŞ-ın İrana endirdiyi hücumlardan bir neçə saat sonra İran İslam Respublikası rəsmilərini sərt tənqid edərək bildirib ki, onun fikrincə, İranla əldə olunmuş son memorandum və atəşkəs artıq başa çatıb və o, artıq İran rəsmiləri ilə əlaqə saxlamaq istəmir.

Tramp NATO-nun Baş katibi Mark Rütte ilə birlikdə Ankarada jurnalistlərə açıqlamasında İran rəsmilərini “şər, xəstə və hiyləgər” adlandıraraq deyib: “Onlar bir dəstə zibil yığınıdır.”

O əlavə edib: “Biz razılığa gəlirik. Hamı razıdır. Heç bir nüvə silahı məsələsi yoxdur. Biz razılığa gələcəyik.”

ABŞ Prezidenti bildirib: “Onlar çıxıb media ilə danışırlar və deyirlər ki, biz bu barədə ümumiyyətlə danışmamışıq. Onların problemi var. Dəlidirlər.”

Tramp qeyd edib ki, İran İslam Respublikası rəsmilərini “heç sevmir”, ABŞ isə “İran rəsmiləri ilə çox vaxt itirib” və onların “səriştəsiz olduqlarını” vurğulayıb.

O, həmçinin İran rəsmilərini özünü öldürməyə cəhd göstərməkdə ittiham edərək deyib: “Mən illərdir onların hədəf siyahısında birinci yerdəyəm.”

Bununla belə, Tramp İranla danışıqların davam etdirilməsi barədə bildirib ki, amerikalı danışıqlar aparan şəxslər müzakirələri davam etdirə bilərlər, lakin “mənə gəldikdə isə, onlarla baş qatmaq sadəcə vaxt itkisidir.”

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …