Çərşənbə , Avqust 12 2026
azfa

Türk alpinistin cəsədi 26 il sonra tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 26 il əvvəl Fransada Alp dağlarında buzların altında qalan türk alpinist Həsən Tarımın cəsədi tapılıb.

Alpinistlər tərəfindən tapılan H.Tarım artıq Kayseridə dəfn edilib.

Qeyd edək ki, Kayserili Yusuf və Leyla Tarımın oğlu H.Tarım, 1992-ci ildə alman dostu ilə çıxdığı Fransanın Alp dağında itkin düşüb. O vaxtdan bəri xəbər çıxmayan H.Tarımın cəsədi keçən il buzların əriməsilə alpinistlər tərəfindən tapılıb. Şəxsiyyəti müəyyən edildikdən və DNT analizindən sonra Tarımın cəsədi doğulduğu Kayseriyə göndərilib.

Atası Yusif Tarım 26 il boyunca hər gün övlad acısı çəkdiyini və heç vaxt ümidlərini itirmədiklərini deyib:

“Ümidimizi heç vaxt itirmədik. İki dəfə Alp dağına getdik. Övladımın cəsədi tapıldığı üçün həm kədərli, həm də sevincliyik. Cəsədi 26 ildən sonra gəldi. Övlad acısı çətindir. H.Tarım alman dostu ilə birlikdə dağda itkin düşəndən sonar yerli polis tərəfindən cinayət işi açıldı. Övladımın cəsədi ötən il tapılsa da, yalnız bu il təslim edilib”.

Həmçinin yoxlayın

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində …

Bir cavab yazın