Şənbə , Oktyabr 17 2026
azfa

Türk dövlətlərinin də daxil olduğu EKO-ya irtica mənbəyi olan Xomeyni irsi öyrədiləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk dövlətlərinin də daxil olduğu EKO irtica mənbəyi olan Xomeyni irsini öyrənəcək. Bu istiqamətdə Xomeyni İrsinin Təbliğat Mərkəzi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

Xomeyninin İrsinin Təbliğat Mərkəzi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

İmzalanan memoranduma əsasən ECO-ya üzv olan ölkələrin kitabxanaları Xomeyninin irtica, ekstrimizm və geriçiliyi təbliğ edən əsərləri ilə təmin ediləcək, onun həyat və fəaliyyətinə həsr olunmuş birgə elmi konfranslar keçiriləcək.

Xomeyni İrsinin Təbliğat Mərkəzinin sədri, Xomeyninin nəvəsi Həsən Xomeyni imzalama mərasimindən sonra bildirib ki, ECO üzvü olan ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi vacib məsələdir. Bu təşkilata üzv olan dövlətlərin zəngin tarixi və mədəniyyətləri var. Qarşılıqlı dialoq xalqların yaxınlaşmasında əsas amildir. H.Xomeyni region ölkələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətindən və xalqlar arasında dialoq mühitinin təşviq edilməsinin mahiyyətindən danışıb.

Qeyd edək ki, ECO-da Azərbaycan da daxil olmaqla İran, Pakistan, Qazaxıstan, Əfqanistan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan iştirak edirlər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Bir cavab yazın