Türkiyə 88 terrorçu yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 7 vilayətində PKK/KCK terror təşkilatlarına qarşı antiterror əməliyyatı keçirib.

İzmir, Van, Adana, Ərzurum, Mardin, Qars və Muşda 88 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb. Məlumata görə, onlar 2014-cü ilin 6-7 oktyabr hadisələrinin ildönümü bəhanəsi ilə ölkədə ictimai sabitliyə və dinc asayişə qarşı təxribatlar hazırlayırmışlar. Saxlanılan şəxslərdən silah, narkotik maddə, qanunla qadağan olunan digər vəsaitlər götürülüb.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın