Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Türkiyə Şimali Qıbrısda icazəsiz sülhməramlı yerləşdirilməsinə etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Şimali Qıbrısla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Şimali Qıbrısın icazəsi olmadan adada məskunlaşan BMT Sülhməramlılarının səlahiyyət müddətinin daha 6 ay uzadılması barədə qərar ən mühüm nöqsandır.

Bəyanatda Kipr probleminin əsl səbəbinin yunanların adanın gücü və zənginliyini türklərlə paylaşmaqda istəksiz olması göstərilib. Bildirilib ki, bu durum dəyişmədikcə və siyasi bərabərliyə əsaslanan ortaq bir zəmin və həll perspektivi olmadan iki tərəf arasında nəticə verəcək danışıqların aparılması mümkünsüzdür.

Qeyd edək ki, ötən gün BMT Qıbrısdakı sülhməramlıların səlahiyyət müddətinin daha 6 ay artırılması barədə məlumat yayıb.

Həmçinin yoxlayın

“Koroğlu” tamaşası yenidən Təbrizdə səhnəyə qoyulacaq

GADTB: Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış “Koroğlu” epik tamaşası bir neçə aylıq fasilədən sonra Təbrizdə …

Ərdəbildə azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB: İran Telekommunikasiya Şirkətinin Ərdəbil şəhərindəki təqaüdçüləri etiraz aksiyası keçiriblər. Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə …

Bir cavab yazın