Türkiyənin İdlib məsələsindəki konstruktiv mövqeyi xarici mətbuatda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Küveyt qəzetləri bir neçə gün öncə Tehran zirvəsində Rusiya, Türkiyə və İran liderlərinin fərqli mövqeyini dəyərləndirib.

Küveytin “Ər-Ray” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “müxaliflərin dəstəkçisi” kimi göstərərək, onun İdlibin qan gölünə dönməməsi üçün etdiyi xəbərdarlıq və atəşkəs çağırışından yazıb.

Qəzetdə həmçinin Ərdoğanın “Rejimin maraqları naminə onminlərlə məsum insanın ölümünə göz yumulacağı təqdirdə, Türkiyə bu oyuna ortaq olmayacaq və tamaşa etməyəcək” sözləri vurğulanıb.

“Əl-Kabes” qəzeti isə “Tehran zirvəsi: İdlib taleyində qeyri-müəyyənlik” başlığı ilə oxucularına görüş barədə məlumat verib. Xəbərdə zirvənin böhran üçün konkret nəticə əldə etmədən başa çatdığı bildirilib.

Qeyd edək ki, diktatorların himayədarı Rusiya və cinayətkar Əsəd rejiminin təyyarələri İdlibi bombarduman edir. Türk ordusu isə İdlib istiqamətdə hazır vəziyyətdə dayanıb.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın