Bazar ertəsi , İyul 20 2026
azfa

Türkiyә Avropa İttifaqı Şurasının bәyanatını kəskin qınadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyә Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Avropa İttifaqı Şurasının Türkiyә ilә bağlı açıqlamalarına münasibәt bildirib.

Hami Aksoy açıqlamasında bu ifadәlәrә yer verib: ‘‘Avropa İttifaqı beynәlxalq mәhkәmә deyil. Bu çәrçivәdә Türkiyә ilә Liviya arasında imzalanan müqavilәnin hüququn prinsiplәrinә uyğunluğu ilә bağlı hökm verә bilmәz’’.

Xarici İşlәr Nazirliyinin rәsmisi Kipr Yunan rәhbәrliyinin bölgә ölkәlәri ilә әldә etdiyi müqavilәlәrә etiraz bildirmәyәn Avropa İttifaqının ikili standart siyasәti yürütdüyünü bildirib.

‘‘Türkiyә özünün vә Kipr Türklәrinin  Şәrqi Aralıq dәnizindәki haqq vә mәnfәәtlәrini müdafiә etmәyә davam edәcәk’’,-deyә Türkiyәnin Xarici İşlәr Nazirliyinin sözçüsü vurğulayıb.

Qeyd edәk ki, Türkiyə ilə Liviya Milli Hәmrәylik Hökuməti arasında 27 noyabrda “Təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədi” və “Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma sənədi” imzalanmışdı.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın