Cümə , Aprel 18 2025
azfa

Ukraynanın etirazından sonra İran vurduğu təyyarənin qara qutusunu oxunmağa göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın kəskin etirazından sonra İran vurduğu sərnişin təyyarəsinin qara qutusunu Fransaya göndərməyə razılıq verib.

Fransa da bununla bağlı yaydığı bəyanatda qara qutunun oxunma prosesinin iyulun 20-dən başlayacağını bildirib.

Fransanın Hava Təhlükəsizliyi Məsələləri üzrə Tədqiqat Mərkəzi İranın qara qutunun oxunması ilə bağlı onlara göndərdiyi sorğuya müsbət cavab verdiyini bəyan edib.

“Reuters” Xəbər Agentliyi isə adını açıqlamadığı kanadalı rəsmiyə istinadən bu ölkənin təyyarədə vətəndaşlarının ölməsi səbəbilə qara qutunun oxunması prosesində iştirak etmək üçün Parisi mütəxəssislər heyəti göndərəcəyi barədə xəbər yayıb.

Qeyd edək ki, Ukraynanın sərnişin təyyarəsini terrorçu Sepah qəsdən vurub və məsələnin üstü danılmaz faktlar ortaya çıxana qədər İran tərəfindən danıldı. Lakin daha faktlar ortaya çıxandan sonra rejim təyyarəni vurduğunu boynuna almağa məcbur oldu..

Həmçinin yoxlayın

South Azerbaijan Democratic Turkish Union, Al-Ahvaz Arabs, Baloch and non-Persian nationalities protest rally in front of the Iranian Embassy in Canberra – Video

GADTB: Today members of the South Azerbaijan Democratic Turkish Union (GADTB), Al-Ahvaz Arabs, Baloch and …

Güney Azərbaycan Demokratik Türk Birliyi, Ələhvaz ərəbləri, bəluç və qeyri-fars millətlərin Kanberada İran səfirliyi qarşısında etiraz mitinqi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın