Bazar ertəsi , Avqust 10 2026
azfa

Xamneyi terrorçu bəsici xalqı güdməyə göstəriş verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xamneyi bu gün 1 qrup terrorçu bəsic komandanı və üzvü ilə görüşdə terrorçu bəsici xalqı güdməyə göstəriş verdi.

O ölkədə baş verən son etirazları “dərin, geniş və çox təhlükəli məkrli plan” adlandırıb.

Xamneyi polis, bəsic və sepah terror təşkilatını etirazların yatırılmasında göstərdikləri “xidmətlərə” görə öyüb və işverən, eləcə də terrorçu bəsicin “dünyada ən böyük mədəni, ictimai və hərbi təşkilat” olduğunu iddia edib.

O, həmçinin bəsic üzvlərini bütün məhəllələrdə yerləşməyə və həmin məhəllələrdə baş verən müxtəlif hadisələr qarşısında “strategiya və taktika” formalaşdırmağa çağırıb.

Xamneyi deyib: “Bəsicilər məscidlərlə əlaqələrini möhkəmləndirsinlər, administrativ işlərin əsirinə çevrilməsinlər”.

Qeyd edək ki, irqçi fars rejim terrorçu bəsic və sepah üzvlərinin dinc əhaliyə qarşı terror törədib, onları öldürməklə xalq etirazlarını yatırıb.

Həmçinin yoxlayın

ABŞ İranın Hörmüz boğazı ilə bağlı vədlərinə etibar etmir və onları yoxlayacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens şənbə günü bildirib ki, İran ABŞ-a Hörmüz boğazından mümkün …

İsrail İrana qarşı ABŞ-dan müstəqil hərbi əməliyyata hazırlaşır

GADTB: İsrail mediasının məlumatına görə, İsrail ABŞ-ın iştirakı olmadan İran rejiminə qarşı birtərəfli hücumlar həyata …

Bir cavab yazın