Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Xüsusi terror təlimi görən kürd terrorçular Afrinə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı”əməliyyatında kürd terrorçuların müqavimət gücünün artırılması üçün müxtəlif tədbirlər görülür.

Məlumata görə, ABŞ 1990-cı illərdən bəri Guam adasındakı hərbi bazasında  xüsusi təlim verdiyi 70 terrorçunu Afrinə gətirib. Adadakı düşərgədə onlara helikopter və təyyarədən istifadə, dijital mina təlimi verilib.

Həmin terrorçulardan Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı döyüşdə istifadə ediləcək.

Məlumatlara görə, İraq, Suriya, İran adlanan yerdə və bəzi ölkələrdən Giuam adasındakı hərbi bazaya aparılan kürd gənclər  burada minimum 1 il təlim keçir. Onlar daha əvvəl İraqa, 2000-ci illərdən etibarən isə İran və Suriyaya göndərilir.

 

Həmçinin yoxlayın

“Koroğlu” tamaşası yenidən Təbrizdə səhnəyə qoyulacaq

GADTB: Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış “Koroğlu” epik tamaşası bir neçə aylıq fasilədən sonra Təbrizdə …

Ərdəbildə azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB: İran Telekommunikasiya Şirkətinin Ərdəbil şəhərindəki təqaüdçüləri etiraz aksiyası keçiriblər. Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə …

Bir cavab yazın