Bazar ertəsi , İyul 27 2026
azfa

Yəməndə İranın narkotik daşıyan gəmi saxlanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yəmənin cənubundakı Sokotra adasının sularında içərisində İran vətəndaşlarına məxsus narkotik vasitələrin olduğu gəmi ələ keçirilib. Bu barədə Yəmənin rəsmi SABA agentliyi məlumat yayıb.

Məlumata görə, 3 yəmənli dənizçi Mehr şəhərinin təhlükəsizlik orqanlarına təhvil verilib, onlar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yanan gəmidən xilas edilib.

Agentlik bildirib ki, dənizçilər dindirmə zamanı Yəmən sahillərində İrana məxsus narkotikləri daşıyan gəminin hərəkəti barədə məlumat veriblər.

Təhlükəsizlik qüvvələri Sokotrada hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edərək həmin gəmiyə nəzarəti ələ keçirdilər.

Müsadirə edilən narkotiklərin sayı dəqiqləşdirilmir. Gəmi lazımi hüquqi prosedurların həyata keçirilməsi üçün Sokotradakı Hadibu limanına aparılıb.

Hazırda bununla bağlı İran rəsmiləri hələlik heç bir açıqlama verməyiblər.

Həmçinin yoxlayın

Molla rejimi Bocnurd türkü Araş Mirzayini 3 il həbs cəzasına məhkum edib

GADTB: 19 yaşlı Bocnurd şəhərindən olan türk gənci Araş Mirzayi Bocnurd İnqilab Məhkəməsinin 107 saylı …

Molla rejimi nüvə proqramını danışıqlarda sonuncu prioritet kimi təqdim edir

GADTB: Əl-ərəbiyyə telekanalının bir mənbəyə istinadən verdiyi məlumata görə, İran Pakistan rəsmilərinə danışıqları tərk etmədiyini, …