Çərşənbə , Fevral 28 2024
azfa

Əjdər Tağızadə: Müstəqillik ideyasına üstünlük vermək demokratiyanı kənara qoymaq anlamına gəlmir-Audio

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Amerikanın Səsinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

Sayın Əjdər bəy Amerikanın səsi ilə söhbətdə milli hərəkata mənsub qüvvələrin fəaliyyətini dəyərləndirib. Siyasi fəal Əjdər Tağızadə deyir ki, “Güney Azərbaycan Milli Hərəkatında milli qurtuluş və müstəqillik düşüncəsinə üstünlük verilməsi insan haqları və demokratiyanın bir kənara qoyulduğu anlamına gəlmir.”

Azərbaycan Respublikasında o qədər imkan var. Dövlət imkanları var. Universitet, akademiya var. Ama orada belə o arxivlər, o tarix və o tədqiqat hələ də düzgün işlənməyib… Güneydəki hərəkat da hələ gəncdir. Zaman lazimdir.

Əjdər Tağızadə milli hərəkatın gənc olduğunu önə çəkərək Güney təşkilatlarının effektivliyi və kadr sayı ilə əlaqədar tənqidlərin həqiqəti əks etdirmədiyini ifadə edir.

“Azərbaycan Respublikasında o qədər imkan var. Dövlət imkanları var. Universitet, akademiya var. Amma orada belə o arxivlər, o tarix və o tədqiqat hələ də düzgün işlənməyib… İndi Güney Azərbaycan Milli Hərəkatında bir dağılma var, bir araya toplanma olmur. Bunun səbəbləri var. Bu [hərəkat] da hələ gəncdir. Zaman lazimdir,” Tağızadə söyləyir.

O əlavə edir, “ittiham edirlər ki, Azərbaycan məsələsində niyə təşkilatların üzvlərinin sayı azdı… Onların bəyənmədikləri Dünya Azərbaycanlıları Konqresi (DAK) tam siyasi təşkilat deyildi. Amma bütün qurultaylarında ki, mən də iştirak etmişəm və səbəbkarlarından olmuşam 400, 500, 600 insan iştirak edirdi.”

Əjdər Tağızadə heç kəsin Güney təşkilatlarından ayrılıb, İranın digər siyasi təşkilatlarına getmədiyini, bu “axının əks yöndə” olduğunu önə çəkir:

Kimdir ki Azərbaycan məsələsinə gəldikdən sonra ayrılıb nə bilim ‘Xalq Mücahidi’, şahçı, və ya dinçi olub, və ya rejimin yanına gedib? Yox. Axın o tərəfdən bu yana olub.

“Belə baxmaq lazimdir. Kimdir ki, Azərbaycan məsələsinə gəlib, iştirak edib və ondan sonra ayrılıb gedib nə bilim, ‘Xalq Mücahidi’ olub, Şahçı olub, Dinçi olub və ya rejimin yanına gedib? Yox. Axın o tərəfdən bu yana olub… Dünən Azərbaycan məsələsindən, türklüyündən hürkən adam, Türkiyəyə qarşı danışan adam, bu gün özü bilib ki, türkdür. Özü bəzi təkliflərlə irəli gəlib.”

Milli fəal müstəqillik ideyasına üstünlük verməyin demokratiyanı bir kənara qoymaq anlamına gəlmədiyini vurğulayır.

“Bu gün biz deyəndə istiqlal, biz deyəndə milli hərəkat, milli qurtuluş, bir kəsim elə bilir ki, biz misal üçün qadın haqlarıdır, insan haqlarıdır, demokratiadır, bunları görmürük və kənarından keçirik. Belə deyil. Bu millət 100 ildən artıqdır bunların uğrunda savaşır, döyüşür və didişir” – deyə, Əjdər Tağızadə əlavə edir.

Müsahibəni buradan dinləyə bilərsiniz:

Həmçinin yoxlayın

GADTB və Avstraliya-Azərbaycan Assosiasiyasının molla rejimin seçki oyunu ilə bağlı Azərbaycan Türk Millətinə müraciəti-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Avstraliya-Azərbaycan …

Molla rejimi azərbaycanlı milli fəalı Prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərindən …

Bir cavab yazın